Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan əhalisinin gəlirləri 33,5 milyard manata çatıb

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ilin 10 ayında Azərbaycan əhalisinin gəlirləri 33,5 milyard manata çatıb və bu da ötən illə müqayisədə 5,7 % artıb. Bu barədə Sputnik-ə məlumat Dövlət Statistika Komitəsindən verilib.

BAKI, 20 noy — Sputnik. 2015-ci ilin 10 ayında Azərbaycan əhalisinin gəlirləri 33,5 milyard manata çatıb  və bu da ötən illə müqayisədə 5,7 % artıb.

Bu barədə Sputnik-ə məlumat  Dövlət Statistika Komitəsindən verilib.

Komitədən bildirilib ki,əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olub. 

“Bu dövr ərzində gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,5 faizi isə yığıma yönəldilib. 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,4 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.”

Komitədən onu da bildirdilər ki, 2015-ci lin yanvar-oktyabr aylarında ölkədə 45,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub: 

“ÜDM-in 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,6 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.”

Komitənin məlumatında o da qeyd olunub ki,bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 5,2 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 59,9 faizdən 69,2 faizədək yüksəlib. Ümumi daxili məhsulun 30,8 faizi isə neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz artıb.

Xəbər lenti
0