Suriyada quru əməliyyatları necə aparılacaq?

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidHama military airbase in Syria
Hama military airbase in Syria - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, İŞİD-ə qalib gəlmək üçün böyük ölkələrin quru qoşunlarından istifadə etmək lazımdır

Suriyada quru əməliyyatları necə aparılacaq?
Noyabrın 20-də Rusiya Dövlət Dumasının Federasiya Şurası ilə birgə iclasında Rusiya ordusunun Suriyada quru əməliyyata başlaması imkanları nəzərdən keçiriləcək. Bunu “Ura.ru” saytına “Vahid Rusiya” partiyasının nümayəndəsi bildirib. Lakin o, müzakirələrin formatı ilə bağlı detalları açıqlamayıb.

Politoloq Fikrət Sadıxov Rusiyanın belə addım atacağına inanmadığını bildirib:

“Rusiyanın quru əməliyyat keçirməsinə inanmıram, çünki artıq başqa bir yol seçilib – hava zərbələri endirilir. Bu hava zərbələrinin endirilməsi əməliyyatı daha da gücləndirirlir. Mənə elə gəlir ki, zərbələr endiriləcək, genişləndiriləcək, gücləndiriləcək, amma quru əməliyyatlarda Rusiya çalışacaq Suriya öz qoşunlarından istifadə etsin. “Böyük iyirmilik” sammitindən sonra da belə nəticə çıxarmaq olar ki, bir sıra digər ölkələr də buna daha aktiv şəkildə qoşulacaq. Xüsusilə Fransa artıq bunu edir. Orada təyyarə daşıyan gəmi artıq Suriyanın yaxınlığındadır, ABŞ da bundan çəkinməyəcək”.

Bəzi Rusiya ekspertlərinin fikrincə, Suriya ordusu zəifdir və İŞİD-ə qalib gəlmək üçün digər ölkələrin də quru qoşunlarından istifadə etmək lazımdır. Fikrət Sadıxov isə bu haqda belə düşünür:

“Mən düşünmürəm ki, Suriya qoşunları bunu bacarmasınlar. Çünki yaranmış şəraitdən çox şey asılıdır. Əgər aparıcı dövlətlər – Rusiya, Fransa, ABŞ hava zərbələri endirib bir sıra İŞİD mövqelərini dağıdarsa, onda bu, Suriya qoşunlarının hərəkətlərini də asanlaşdırar”. 

Politoloq Ərəstun Oruclunun sözlərinə görə, digər ölkələr tərəfindən quru əməliyyatlara başlanarsa, İŞİD qruplaşması məhv olacaq:

“Suriyada quru əməliyyatları başlamadığı üçün İŞİD hələlik özünü bu cür aparır. Hər hansı bir dövlət və ya beynəlxalq koalisiya quru əməliyyatlarına başlayanda 90% əminliklə demək olar ki, İŞİD faktoru çox qısa müddətdə gündəmdən çıxacaq. Onların nizami orduyla döyüşmək potensialı və təcrübəsi yoxdur. İŞİD-ın bu gün döyüşdüyü Əsəd və İraq ordusuna isə nizami ordu deyə bilmərik, onlar artıq nizami durumda deyillər. Amma hansısa NATO və ya Rusiya ordusu, yaxud NATO-Rusiya koalisiyası ora daxil olarsa şübhəsiz ki, bu artıq İŞİD-ın sonu olacaq”.

Suriyada quru əməliyyata başlanılması ideyasını digər partiyalar da dəstəkləməyə hazırdır. Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının üzvü Vladimir Taskayev məsələnin müzakirəsinin artıq yetişdiyini bildirib. Onun sözlərinə görə, deputatların əksəriyyəti Suriyaya qoşun yeridilməsi ideyasını dəstəkləyəcək.

Xəbər lenti
0