BAKI, 20 noy-Sputnik. Koreya Xalq Demokratik Respublikası yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə Cənubi Koreyaya noyabrın 26-da danışıqlar aparmağı təklif edib. Sputnik Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Renhap" məlumat yayıb.
Məlumata görə, KXDR lideri Kim Çen In görüşü Panmınçjon yaşayış məntəqəsində keçirməyi təklif edib.
Bundan əvvəl Kim Çen In Cənubi Koreya ilə dost münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib.