BAKI, 20 noy-Sputnik. "Azərbaycan Hava Yolları" Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində beynəlxalq uçuşlara endirim elan edir.
Bu barədə Sputnik-ə AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, kampaniya çərçivəsində qiymətlər müəyyənləşib.
İstiqamətlər üzrə aviabiletlərin qiyməti:
- Bakı — London — Bakı- 329 avrodan başlayaraq;
- London — Bakı — London- 269 funt sterlinqdən başlayaraq;
- Bakı — Milan — Bakı- 329 avrodan başlayaraq;
- Bakı — Paris — Bakı- 349 avrodan başlayaraq;
- Bakı — Nyu-York — Bakı-499 avrodan başlayaraq;
- Nyu-Yok — Bakı — Nyu-York- 549 ABŞ dollarından başlayaraq;
- Bakı — Praqa — Bakı- 329 avrodan başlayaraq;
- Praqa — Bakı — Praqa- 359 ABŞ dollarından başlayaraq;
- Bakı — Təl Əviv — Bakı- 299 avrodan başlayaraq;
- Təl Əviv- Bakı — Təl Əviv- 329 ABŞ dollarından başlayaraq;
- Bakı — Lvov — Bakı- 289 avrodan başlayaraq;
- Lvov- Bakı — Lvov- 319 ABŞ dollarından başlayaraq;
- Bakı — Kazan — Bakı- 209 avrodan başlayaraq;
- Bakı — Sankt-Peterburq — Bakı — 279 avrodan başlayaraq.
Yeni il aksiyası çərçivəsində biletlərin satışı 2015-ci il dekabrın 10-dan başlayacaq və 2016-ci il yanvarın 10-dək davam edəcək. Uçuş tarixi —yanvarın 15-dən 2016-cı il fevralın 29-dək.
Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq etmişdir.
Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.