İsrail Türkiyəni yenə qəzəbləndirdi

© Sputnik / Kristina Afanasyeva / Mediabanka keçidQüds
Qüds - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN: Biz İsraildən bu qanunsuz əmələ son qoymasını gözləyirik

BAKI, 20 noy — Sputnik. İsrailin işğal altında saxladığı Şərqi Qüds və İordan çayının qǝrb sahilindǝ yeni yəhudi mǝskǝnlǝrin tikintisinə icazǝ verməsi Türkiyəni qəzəbləndirib.

Türkiyə Xarici İşlər nazirliyi, Təl-Əviv hökumətinin atdığı bu addımı qınayaraq, beynəlxalq hüququn tapdalandığını bildirib.

Nazirliyin açıqlamasında, "İsrail hökuməti işğal etdiyi Şərqi Qüdsdə 454 yeni mǝnzil tikilmǝsini tǝsdiqlǝyǝrǝk beynəlxalq hüququ tapdalamışdır. Bu cür qərarlar sülhün bərpası üçün göstərilən bütün səylərə zərbə vurur. Biz, İsraildən bu qanunsuz əmələ son qoymasını gözləyirik" deyə qeyd olunub.

Xəbər lenti
0