CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Azərbaycanda doğumun sayı 124 mini, nikahların sayı 50 mini ötüb

© AxşamÜçəm - yeni doğulan körpələr
Üçəm - yeni doğulan körpələr - Sputnik Azərbaycan
Abunə olmaq
Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.

BAKI, 20 noy-Sputnik. "Notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artır".

Sputnik-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun "Azərbaycan" qəzetində nəşr olunan məqaləsində bildirib. Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb: "Bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib".

Xəbər lenti
0