BAKI, 19 noy — Sputnik. Avropa Şurası Parlament Assambelyasının (AŞ PA) Daimi Komitəsi noyabrın 27-də Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan və Türkiyədə keçirilmiş parlament seçkilərini müzakirə edəcək.
Bu barədə AŞ PA-nın saytında məlumat yerləşdirilib.
AŞ PA-nın prezidenti Ann Brasör tədbiri açıq elan edəcək. İclas Bolqarıstanın AŞ Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçiriləcək.