Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ağstafada 4 avtomobil körpüsü inşa ediləcək

Körpü
Körpü - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi işlərinə start verilir.

BAKI, 19 noy — Sputnik. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi işlərinə start verilir.

ASC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tikinti işləri ölkə başçısının tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılacaq. Körpülərin Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmiryol üzərində inşa ediləcək.

Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmiryol üzərindəki tikiləcək körpünün isə uzunluğu 34 metr olacaq.

Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına maliyyələşdirilir. Təqribən bir ay müddətində mobilizasiya işləri başa çatdırılaraq, tikintiyə start verilməsi planlaşdırılır.

Layihənin tikinti müddəti ilkin olaraq 2 il nəzərdə tutulub.

Xəbər lenti
0