BAKI, 19 noy — Sputnik. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında müvafiq ixtisas fənnləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib.
Sputnik APA-ya istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl AMEA-nın Fizika İnstitutunda, sonra isə Riyaziyyat və Mexanika İnstitutunda olublar.
AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-da doktoranturaya qəbul imtahanları 16 noyabr — 10 dekabr 2015-ci il tarixinədək keçirilməlidir.