Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycandakı parlament seçkiləri ilə bağlı AŞPA-da dinləmə olacaq

© assembly.coe.intAŞPA
AŞPA - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının hesabatı noyabrın 27-də AŞPA Daimi Komitəsinin iclasında dinləniləcək.

BAKI, 19 noy-Sputnik. Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının hesabatı noyabrın 27-də AŞPA Daimi Komitəsinin iclasında dinləniləcək.

Sputnik APA-ya istinadən xəbər verir ki, iclas Bolqarıstanın AŞPA Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Sofiya şəhərində baş tutacaq. Daimi Komitənin iclasında həmçinin Qırğızıstan, Belarus və Türkiyədə keçirilmiş seçkilərlə bağlı hesabatlar da müzakirə ediləcək.

İspaniyalı deputat Yordi Çuklanın başçılığı ilə AŞPA seçki müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini izləyib.

Xəbər lenti
0