İŞİD Bəşər Əsədə xidmət edir

© Sergei Guneev / Mediabanka keçidПрезидент Сирии Башар Асад
Президент Сирии Башар Асад - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: Bəşər Əsəd, hazırda İŞİD-in neftini alır və bunu pula çevirir. Bunu görməmək üçün kor olmaq lazımdır.

BAKI, 19 noy — Sputnik. "Bu gün bölgədəki bütün 'terror təşkilatları', birbaşa və ya dolayı olaraq Əsəd rejiminə xidmət edir. İŞİD Əsəd tərəfindən dəstəklənir. Bəşər Əsəd, hazırda İŞİD-in neftini alır və bunu pula çevirir. Bunu görməmək üçün kor olmaq lazımdır". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Dünənə qədər Bəşər Əsəd kürdlərə düşmən kəsilmişdi. Suriyada yaşayan kürdlərə vətəndaşlıq vermirdi. Biz ona təzyiqlər edirdik, bunlar sənin xalqın, vətəndaşındır deyirdik. Amma indi sarmaş dolaş olublar. İŞİD-i bəhanə edərək, İslamı və müsəlmanları təhrik edənlər böyük bir səhv içindədir" deyə Ərdoğan əlavə edib.

Xəbər lenti
0