BAKI, 19 noy — Sputnik. "Onlar mənə xəyanət etdi, mən isə onlara xəyanət etmirəm. Sadəcə millətin haqqını onlardan geri almaq üçün çalışıram". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl televiziya kanalına müsahibəsində deyib.
Fətullah Gülənin rəhbəri olduğu "Paralel Dövlət" şəbəkəsinin ona xəyanət etdiyini deyən Ərdoğan, Türkiyənin gələcəyi üçün bu şəbəkənin çökdürüləcəyini bildirib.
"Onlar məni çox yaxşı tanıyırlar. Amma mən də onları çox yaxşı tanıyıram. Onlar Tayyib Ərdoğana xəyanət etdilər, mən isə onlara xəyanət etmirəm. Millətin haqqına girənlərlə mübarizə aparıram və millətin haqqını onlardan geri almağa çalışıram" — deyə Ərdoğan əlavə edib.
Müsahibəsinin sonunda prezident, Fətullah Gülənin həbs olunub Türkiyəyə təhvil verilməsi üçün İnterpolla ciddi danışıqlar aparıldığını da bildirib.