CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergidən qaçan azərbaycanlı biznesmeni İnterpol axtarır

© AFP 2024 / PHILIPPE DESMAZESInterpol
Interpol - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib.

BAKI, 19 noy —Sputnik. Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib.

Sputnik xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 54 yaşlı Qalib İbrahimov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qalib İbrahimovun "Azkomp" MMC-nin direktoru olduğu bildirilir.

Son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.

Xəbər lenti
0