Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Beynəlxalq terrorun növbəti hədəfi Xəzər hövzəsidir

© sputnik.azXəzər dənizi yuxarıdan görünüş
Xəzər dənizi yuxarıdan görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Rusiyanın Xəzər akvatoriyasından İŞİD mövqelərini vurması bölgəmizin hədəfə alınmasına şərait yaradır və burada terror aktlarının baş vermə əmsalı kifayət qədər böyükdür.

BAKI, 19 noy-Sputnik. Cənubi Qafqaz və Xəzər dənizi bölgəsi beynəlxalq terrorizmə qarşı mübarizə və onun mövcudluğu baxımından dünyanın olduqca mürəkkəb regionu hesab etmək olar. Bu baxımdan da Rusiyanın Xəzər akvatoriyasından gələcəkdə Suriyada İŞİD-in və digər terrorçu təşkilatların hədəflərini vuracağı barədə səsləndirdiyi bəyanat, bu bölgənin istənilən zaman terrorçuların hədəfinə çevriləcəyini istisna etmir.

Bunu Sputnik-ə açıqlamasında politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqaz və Xəzər bölgəsi dünyanın barıt çəlləyi hesab edilən Yaxın Şərq və Orta Asiyanın arasında yerləşir. Bunlardan ən təhlükəlisi isə odur ki, bu ölkə Cənubi Qafqazda yerləşir və terroru dövlət siyasəti elan edən Ermənistanla qonşudur.

"Ermənistan beynəlxalq terror təşkilatları, o cümlədən, İŞİD və Əl-Kaidə ilə əlaqəli şəkildə işləyir. Cənubi Qafqaz və Xəzər həqiqətən təhlükəli bölgədir. Bu reallıqlar fonunda Rusiyanın Xəzər akvatoriyasından Suriyadakı terror yuvalarını və İŞİD mövqelərini vurması bölgəmizin hədəfə alınması üçün münbit şərait yaratmış olur. Burada terror aktlarının baş vermə əmsalı kifayət qədər böyükdür." — deyə Nəsirov bildirib.

Ekspert hesab edir ki, region dövlətləri beynəlxalq terrorçuların burada fəaliyyətinə və buranı hədəf seçməsinə qarşı profilaktik və preventiv addımlar atmalıdır. Əks təqdirdə terror özü gəlib qapını döyəcək.

Xəbər lenti
0