BAKI, 19 noy —Sputnik. Fransanın Baş naziri Manuel Vals terrorçuların kimyəvi və ya bakterioloji silahdan istifadə edə biləcəklərini istisna etməyib.
Sputnik xəbər verir ki, baş nazir bunu Fransa Milli Yığıncağının (parlamentin aşağı palatası) iclasında deyib.
Bu gün Yığıncaqda Parisdəki terror aktları ilə əlaqədar fövqəladə halın 3 ay müddətinə uzadılması barədə səsvermə keçiriləcək.