BAKI, 19 noy — Sputnik. Türkiyə və Yunanıstan hökumətləri avropaya qaçqın axını ilə bağlı işçi qrup yaradacaq.
Bununla bağlı razılaşma Ankarada səfərdə olan yunan baş nazir Aleksis Tsipras ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu arasında əldə olunub.
"Egey dənizində hər gün yaşanan drama son qoyulmalıdır. Bu bizim insanlıq borcumuzdur" deyə Əhməd Davudoğlu bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına əsasən, 2015-ci ildə Türkiyə sahillərindən Yunanıstana 450 min qaçqın keçib, onlardan 500-dən çoxu dənizdə boğularaq dünyasını dəyişib.