İŞİD əsirləri öldürdü, Çin intiqam andı içdi

© mobal.comÇin səddi
Çin səddi - Sputnik Azərbaycan
Abunə olmaq
Norveç hökuməti hadisəni qınadığı halda, ən sərt açıqlama Çindən gəlib.

BAKI, 19 noy — Sputnik. İŞİD terror təşkilatı, özünün nəşr etdiyi Dabiq jurnalında satışa çıxardığı Çinli və Norveçli əsirləri edam etdiyini açıqlayıb. 

Online nəşr olunan jurnalın son sayında girovların cansız bədənlərinin, əks olunduğu fotoşəkil yayımlanıb.

Başlarından silahla vurulan girovların nə vaxt, harada və necə öldürüldükləri isə hələ dəqiq deyil.

Norveç hökuməti hadisəni qınadığı halda, ən sərt açıqlama Çindən gəlib.

Qətli təsdiqləyən Çinin Xarici İşlər Nazirliyi intiqam andı içib.

"İnsana hörməti olmayan, əxlaqın ən alt səviyyəsində özlərinə yer edən bu caniləri ədalət qarşısına çıxarmağı özümüzə borc bilirik" deyə nazirliyin bəyanatında qeyd olunur.

Xəbər lenti
0