BAKI, 19 noy — Sputnik. Brüsseldə Rusiyanın NTV telekanalının çəkiliş qrupuna hücum olub. Bu barədə telekanalın saytında məlumat verilib.
İnsident şəhərin şimal kənarında mühacirlərin yaşadığı rayonda baş verib. Çəkiliş qrupu "Stad de Frans" stadionunda partlayış törətmiş terrorçunun qohumları və dostlarını axtarırmış.
Jurnalist Konstantin Panyuşkinin sözlərinə görə, onlar yeniyetmələrdən ibarət bir qrupla söhbət edərkən həmin şəxslərdən biri operatora hücum edib və kameranı almağa cəhd edib.
«Yeniyetmələr bizi yerə yıxıb döyməyə başladılar. Axırda sənədlər və pul olan çantanı, noutbuku aldılar və aralaşdılar», — deyə Panyuşkin bildirib.