BAKI, 19 noy – Sputnik. Suriyanın paytaxtı Şam ətrafında yerləşən Guta bölgəsində Bəşşar Əsədə sadiq ordu ilə müxalif qüvvələr arasında 15 günlük atəşkəs haqda razılıq əldə edilib.
Atəşkəslə bağlı razılaşma bu gün səhər saat 06.00-dan etibarən qüvvəyə minib.
Suriya rejim ordusu artıq 3 ildir Guta bölgəsini mühasirəyə alaraq, ora humanitar yardım aparılmasına icazə vermir.
Həmçinin, Əsədin əmrində olan hərbi təyyarələrin həmin ərazidəki dinc sakinləri də bombaladığı bildirilirdi.