BAKI, 19 noy – Sputnik. İkinci əl mağazadan 6 dollara aldığı saatı 35 min dollara satan Zach Norris birdən-birə Amerikada məşhur adama çevrilib.
Hazırda bütün ABŞ əhalisi Norrisin məharətindən danışır.
Mağazadan aldığı və 1959-cu ilə aid olan "Jaeger-LeCoultre" adlı saatın sadəcə 900 ədəd istehsal olunan nadir İsveçrə brendi olduğunu öyrənən Norris, onu dərhal internetdə satışa çıxarıb.
Həmin saat cəmi bir neçə dəqiqəyə kolleksiyaçıların diqqətini çəkib. Zack Norris saatın satışından 35 min dollar qazanc əldə edib.