Paris merindən erməni terroruna dəstək

© REUTERS / Charles Platiau Суперлуние в Париже, Франция
Суперлуние в Париже, Франция - Sputnik Azərbaycan
Abunə olmaq
Paris merinə müraciət: Separatçılğı tanımaqla başlayan qanunsuzluq terrorla başa çatır.

BAKI, 18 noy —Sputnik. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədr ölkəsi Fransanın rəsmi şəxsləri paradoksal olaraq uzun illərdir Azərbaycanın Ermənistan işğalı altında olan separatçı Dağlıq Qarabağ regionunu açıq şəkildə dəstəkləyirlər.

Sputnik Trend-ə istinadən xəbər verir ki, "Hayastan" ümumerməni fondu noyabrın 18-dən 22-dək XVI Avropa telemarafonu keçirəcək. Telemarafon Parisin meri Ann İdalqonun himayədarlığı altında keçiriləcək. Toplanan bütün vəsaitlər Azərbaycan ərazisi kimi tanınan və erməni işğalı nəticəsində uzun illərdir beynəlxalq təcriddə olan separatçı Dağlıq Qarabağ regionunda icma mərkəzlərinin tikintisinə ayrılacaq.

Təəssüf ki, Parisin meri beynəlxalq qanunu pozan insanları açıq şəkildə dəstrəkləyir. Hərçənd Ukraynanın separatçı regionu Krımın ilhaqından sonra Fransa Rusiyaya sanksiya tətbiq edən ölkələrdən biridir və bu yaxınlarda qanunsuzluğun dəhşəti ilə üzləşib.

İkili standartlar siyasəti göz qabağındadır. Donetsk və Luqansk separatçılarına köməyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, Gürcüstanın separatçı regionları Abxaziya və Cənubi Osetiya nümayəndələri ilə görüşə görə rusiyalı məmurlar məzəmmət edilir, lakin Dağlıq Qarabağ separatçılarına hər cür köməyə görə fransızların özləri nəzərə çarpmır.

Fransanın Dağlıq Qarabağ münaqişəsini nizamlamaqda Azərbaycan və Ermənistana kömək etməli olan ATƏT-in Minsk qrupunun tərkibində qalmasının ədalətli olub-olmaması məsələsi çoxdan yetişib.

Bu, məhz Fransa rəsmilərinin ölkələrinin Dağlıq Qarabağ ərazisini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını təxribat törədərək unutmaları ilə bağlı ilk hadisə deyil.

Mayda Fransanın Villerban şəhərinin meri Jan Pol Bret separatçı Dağlıq Qarabağ rejiminin "başçısı" Bako Saakyanı qəbul etmişdi, hətta Villerban və 20 ildən artıqdır Azərbaycanın Ermənistanın işğalı altında olan Şuşa şəhəri arasında saziş imzalanmışdı.

Fransa məmurlarına yalnız bir şey demək istərdik: beynəlxalq normalara məhəl qoymamaqla və separatçılığı dəstəkləməklə başlayan qanunsuzluq çox vaxt günahsız vətəndaşların ölümü ilə nəticələnən terrorla başa çatır. Bura terrorun qurbanı olan Fransanın 129 vətəndaşı da aiddir.

Xəbər lenti
0