BAKI, 18 noy-Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri başa çatıb.
Sputnik xəbər verir ki, Parisin Orli beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımı Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin" (G20)sammitindən sonra UNESCO Baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Parisə getmişdi.