BAKI, 18 noy – Sputnik. Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyədə rəsmi görüşlərə başlayıb.
Ötən gün axşam türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birlikdə Türkiyə Yunanıstan futbol qarşılaşmasını izləyən Tsipras, bu gün səhər saatlarında İstanbulda Fənər Rum Patrikxanasına baş çəkib.
İstanbuldakı proqramını yekunlaşdırdıqdan sonra Tsipras Ankaraya gələrək, prezident Rəcəp Tayyib Ərdoğan ilə görüşəcək.
Yunan nazirin müxalif partiya rəhbərləri ilə də görüşəcəyi bildirilib.