BAKI, 18 noy – Sputnik. Nikaraquada vertolyot qəzaya uğrayıb. Nəticədə 3 nəfər həyatını itirib, sabiq nazir Antonio Lacayo isə itkin düşüb.
Məlumata görə hadisə zamanı həyatını itirənlərdən ikisi ABŞ vətəndaşı olub.
Qəzaya dumanın səbəb olduğu bildirilir.
Hökumət nümayəndəsi Rosario Murillo hadisəyə görə kədərləndiyini ifadə edərək, “Antonio Lacayo Sandinista inqilabı və Contra müharibəsindən sonra ölkədə sülhün təmin olunmasına böyük töhfə verib. Ümid edirəm ki, xilas olar” deyib.