BAKI, 18 noy — Sputnik. Sel daşqınları 150-dən artıq insanın həyatına son qoydu.
Sputnik xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın cənubunda Tamilnad ştatında son bir həftədə yağan aramsız yağışlar faciəyə səbəb olub. Belə ki, yağışlar çayların daşmasına səbəb olub və nəticədə sel suları yaşayış məntəqələrini basıb. Daşqınlar nəticəsində 60 mindən artıq insan təhlükəsiz yerə köçürülsə də, faciəsiz ötüşməyib. 150-dən artıq insan selin qurbanı olub. Təkcə Tamilnad ştatının inzibati mərkəzi hesab olunan Çennai şəhərində 59 nəfər daşqınlar nəticəsində ölüb.
Hakimiyyət daşqın bölgəsini fəlakət bölgəsi elan edərək, nəticələrin aradan qaldırılması üçün qüvvələrini ora cəlb edib.