Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ-ın ticarət missiyasının Azərbaycana səfəri başlayıb

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidАмериканский флаг
Американский флаг - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lallinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

BAKI, 18 noy — Sputnik. ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lallinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bu barədə Sputnik-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lallinin rəhbərlik etdiyi nümayəndə heyətinə 14 ABŞ şirkətinin rəsmiləri və digər yüksək vəzifəli şəxslər daxildir.

Noyabrın 20-dək davam edəcək səfər müddətində amerikalı tacirlər yerli şirkətlər və hökumət nümayəndələri ilə ticarət və biznes sahəsindəki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Səfərin əsas məqsədi ABŞ və Azərbaycan iqtisadiyyatı arasında işgüzar və ticarət əlaqələrini daha da möhkəmləndirməyə diqqət çəkməkdir.

Nümayəndə heyətinin Bakıda bir sıra rəsmi nümayəndələrlə, həmçinin iş adamları ilə görüşləri nəzərdə tutulur.

Nümayəndə heyətinin tərkibinə “Baxter”, “Bloomberg LP”, “Capstone Turbine”, “Dow”, “Honeywell”, “Globalise”, “Langan”, “Miyamoto International”, “Osisoft”, P&G, “Thomson Reuters”, “Turner International", “Wayback's Burgers”, "WSP/Parsons Brinkherhoff” şirkətlərinin təmsilçiləri daxildir.

Xəbər lenti
0