BAKI, 18 noy – Sputnik. Parisdə ötən cümə günü 129 nəfərin ölümü ilə nəticələnən terror aktında həyatını itirənlərin anım mərasimi keçirilib. Hadisənin baş verdiyi əraziyə toplaşan yüzlərlə insan meydana çiçəklər qoyub şam yandırıblar.
Mərasimi canlı yayımla izləyicilərə çatdıran BBC telekanalının Fransadakı müxbiri Graham Satchell yayın əsnasında duyğulu anlar yaşayıb. Müxbir, ağlamamaq üçün özünü güclə saxlayıb. O, daha çox dözə bilməyərək yayımı yarımçıq kəsib.