SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK yekun protokolun tərtib edilməsi barədə qərar verib

© AzərtacMərkəzi Seçki Komissiyası 1 noyabr seçkilərinin ilkin nəticələrini açıqladı
Mərkəzi Seçki Komissiyası 1 noyabr seçkilərinin ilkin nəticələrini açıqladı - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Seçki Komissiyasının iclasında noyabrın 1-də Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirəyə çıxarılıb.

BAKI, 18 noy — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

90 saylı Ağdaş Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi,  82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib. Bunlar nəzərə alınaraq, MSK-nın  seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verilib.  

Xəbər lenti
0