BAKI, 18 noy – Sputnik. Çində arxeoloji qazıntılar zamanı yaşı 2 min il olan qızıl sikkə və külçə tapılıb. Qazıntı işləri qədim ailə məzarlığında, sərdabədə aparılıb.
Sözügedən sərdabənin Batı Xanlığı sülaləsinə mənsub olduğu açıqlanıb. Batı xanlığı eradan əvvəl 206-cı ildən eradan sonra 24-cü ilədək Çində hökmranlıq edib.
Məlumata görə, ailə məzarlığından 25 qızıl külçə və 50 qızıl sikkə çıxarılıb.
Həmin zinət əşyalarının ölkənin şərqində Ciangşi əyalətində Hayhunhov bəyliyinə hədiyyə edildiyi ehtimal olunur.