BAKI, 18 noy — Sputnik. Bakının Nərimanov rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 17-də Nərimanov rayonunun M.Əlizadə küçəsində yerləşən 9 mərtəbəli binalardan birində fəhlə işləyən Füzuli rayon sakini Malik Nəcəfov 6-cı mərtəbədən yıxılıb. Nəcəfov hadisə yerində ölüb.