BAKI, 18 noy – Sputnik. BMT-nin baş katibi Ban Ki Mun, müsəlmanlara qarşı getdikcə artan ayrı-seçkiliklə bağlı narahat olduğunu bildirib. Bu barədə Baş katib, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Ban Ki Mun Paris, Beyrut və Bağdadda baş verən son terror hücumlarını da qınayıb.
Baş katib, Təhlükəsizlik Şurasına münaqişələrin qarşısının alınması haqqında hesabat təqdim edərək Suriyada vətəndaş müharibəsinin artıq 5 ildir davam etdiyini xatırladıb.
“İraq, Liviya, Nigeriya, Cənubi Sudan, Ukrayna, Suriya və Yəməndə münaqişələr və qanunsuzluq adi hala çevrilib” deyə Mun qeyd edib.
BMT-nin hesabatına görə, 2008-ci ildən bugünədək dünyada vətəndaş müharibələrinin sayı üç dəfə artıb. Bu müharibələrin qurbanları isə daha çox mülki şəxslərdir.