BAKI, 18 noy – Sputnik. Braziliyada ekoloji fəlakət səbəbindən fövqəladə vəziyyət elan olunub. Dosye çayının bəndlərinin uçması 200 şəhərin kommunikasiya xətlərinə ciddi ziyan vurub.
Təbii fəlakət noyabrın əvvəlində baş versə də törətdiyi fəsad və vurduğu ziyan hələ də davam edir.
Ölkə prezidenti Dilma Rousseff, təbii fəlakətdən zərər görən, çayın, o cümlədən şəhərlərin flora və faunasının bərpası üçün xüsusi proqram hazırlayacaqlarını deyib.
Bir çox ekoloqlar isə iddia edir ki, bütün fəsadların aradan qaldırılması üçün 100 il vaxta ehtiyac var.