CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritetidir

© Photo : Facebook / Sevinj FataliyevaMillət vəkili Sevinc Fətəliyeva
Millət vəkili Sevinc Fətəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Sevinc Fətəliyeva: Son dövrlərdə dünyada baş verən münaqişələr nəticəsində minlərlə uşaq valideynsiz qalır və amansızcasına qətlə yetirilir və bu cəhətdən də onların hüquqlarının müdafiəsi çətinləşir.

BAKI, 18 noy — Sputnik. Bu gün Azərbaycanda uşaq hüquqlarının müdafiəsi dövləti siyasətinin əsas prioritetlərindən biri hesab olunur. 

Sputnik xəbər verir ki, bunu millət vəkili, Avropa Şurası Uşaq zorakılığına qarşı mübarizə kampaniyasının əlaqələndiricisi Sevinc Fətəliyeva Beynəlxalq uşaq hüquqlarının müdafiəsi günü münasibəti ilə Milli Məclisdə təşkil olunan Uşaq zorakılığına qarşı təşkil olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə dünyada baş verən münaqişələr nəticəsində minlərlə uşaq valideynsiz qalır və amansızcasına qətlə yetirilir və bu cəhətdən də onların hüquqlarının müdafiəsi çətinləşir.  

“Uşaqların hüquqlarının müdafiəsi insan hüquq müdafisəinin tərkib hissəsi olduğundan Azərbaycanda da bu istiqamətdə işlər görülür və uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritetidir. Bu da uşaq hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir”, deyə Fətəliyeva vurğuladı.

Millət vəkili əlavə etdi ki, məhz bu siyasətin nəticəsində  Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib: “Uşaqların hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı olaraq xeyli sayda qanunlar və qərarlar qəbul edilib. Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub və bununla da lazımi hüquqi baza fornmalaşdırlıb. Azərbaycan dövləti uşaqların hüquqlarının müdafiəsi ilə bağlı lazımı tədbirlər planı hazırlayıb və onları həyta keçriməkdədir.”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirdi ki, bu gün Azərbaycanda 530 mindən artıq əlil insanın 62 mini uşaqlardır: “Azərbaycan parlamenti və hökuməti uşaqların hüquqlarının müdafisəi istiqamətində xeyli sayda qanunlar qəbul edib və bundan sonra da  uşaqların hüquqlarının daha etibarlı şəkildə müdafiəsi istiqamətində  qanunvericilik bazası təkmilləşdiriləcək. Yeni qanunlar qəbul ediləcək.  Gələcəkdə “Uşaqalrın asudə vaxtının təşkili”, “Əlillərin hüquqları haqqında” qanuna ediləcək dəyişikliklərdə uşaqlarında hüquqlarının müdafiəsi ilə bağlı məsələlər orada öz əksini tapacaq. Biz uşaqların müdafiəsi ilə bağlı istənilən səmərəli təklifi müzakirə etməyə hazırıq.”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirdi ki, Azərbaycan heç zaman uşaqların müdafiəsi ilə bağlı problemin olmasından boyun qaçırmayıb, əksinə bu problemin üzərinə gedib və bu problemləri müzakirə edib həll etməyə hazırdır. 

“Azərbaycanda insan hüquqlarına hörmət edilir və uşaq hüquqları da  insan hüquqlarının tərkib hissəsi olduğundan bu sahəyə diqqət ayrılır. Çünki dövlətin zəif vətəndaşına olan münasibəti onun gücünün göstəricisidir. Əgər dövlət zəif vətəndaşının hüquqlarını qoruya bilirsə, bu onun gücünün nümayişidir. Bu baxımdan deyə bilərik ki, Azərbaycan da öz vətəndaşının hüquqlarını müdafiə edə bildiyindən, bu   dövlətimizin gücünün göstəricisidir”, deyə Seyidov qeyd edib.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç Avropa Şurasının uşaq hüquqlarının müdafiəsi sahəsindəki təcrübəsini bölüşərək bildirdi ki, insan haqlarına və uşaq zorakılığıan qarşı mübarizə qurumun əsas fəaliyyət prinsiplərindən olduğundan bu sahədə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. O eyni zamanda Azərbaycanın da bu istiqamətdə gördüyü işləri təqdir edərək bildirdi ki, gələcəkdə də bu istiqamətdə lazımi addımlar atılmalıdır.

Xəbər lenti
0