Noyabrın 13-ü Parisdə bir neçə ardıcıl terror hadisəsi baş verdi. Partlayış, atışma və girov götürülmə nəticəsində 129 nəfər həlak oldu.
Hərbi Elmlər Akademiyasının eksperti Vladimir Proxvatilov hesab edir ki, fransız kəşfiyyatının deqradasiyası açıq aydın görünür:
“Ötən əsrin müharibədən sonrakı illərində Fransada çox effektiv xarici kəşfiyyat xidməti yaradılmışdı. Ona Müqavimət və II Dünya müharibəsinin iştirakçısı Aleksandr de Maranş rəhbərlik edirdi. “Safari” qlobal kəşfiyyat klubunun çərçivəsində o, səmərəli işləyən güclü agent şəbəkəsi yaratmışdı. Fransanın ən yaxşı aqentləri də Afrikada, məhz Yaxın Şərqdə idilər. İndi isə fransız kəşviyyatı və əks-kəşviyyatının, eləcə də Yaxın Şərqdəki agent şəbəkəsinin deqradasiyası baş verib. Mən bunu fransızların öz müstəqilliklərini itirərək ABŞ qlobal paradiqmalarının dalınca sürüklənməsi ilə bağlayıram. Ardıcıl analiz, beş və ya altı müxtəlif mənbələrdən məlumatların müqayisəsi sistemi olmadan, müxtəlif ismarıc və xəbərdarlıqları qiymətləndirmək mümkün deyil. Fransızların polis reydləri keçirən zaman dərhal həbs hadisələrinin baş verməsi də onların bu terroru buraxdıqlarını göstərir. Bəs əvvəlcədən niyə buna mane olmurdular? Dediyim kimi, onlar öz sayıqlıqlarını itiriblər”.
Vladimir Proxvatilovun sözlərinə görə, fransız kəşfiyyatının oxşar uğursuzluğu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istəyinə uyğundur.
“İndi ABŞ terrorizmə qarşı qlobal mübarizənin başına keçib. Onlar buna bütün son illər ərzində çalışırdılar. Fransa isə — Amerikaya tabe olan dövlətdir. Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olan fransız kəşfiyyatı aktivlik göstərərək yüksək siyasi qurumlara xəbərdarlıq etmədi. Elə olur ki, kəşfiyyat xidmətlərinin rəhbəri məlumat alır, lakin o, bunu prezident və ya baş nazirə bildirmir. Çünki bu addım, qlobal siyasət yaradıcıları və “tarixin sahiblərində” narazılıq yarada bilər” — Vladimir Proxvatilov bildirib.
“RİA-Novosti”