Ölkə daxilində internetin paylanmasında problemlər var

© РИА Новости / Mediabanka keçidИнтернет
Интернет - Sputnik Azərbaycan
Abunə olmaq
Osman Gündüz: “İnternet elə bir sahədir ki, alternativləri sevir”

Ölkə daxilində internetin paylanmasında problemlər var
Noyabrın 16-da təxminən saat 16 radələrində Azərbaycan ərazisində internet təchizatında yaranan problem internet provayderlərinin, bankların, media şirkətlərinin, bəzi mobil operatorların, Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin işində fasiləyə səbəb olub. 

Ötən gün “Delta Telecom” da baş verən yanğın nəticəsində yaranmış problemlərdən sonra, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib. 

Azərbaycanda internetlə bağlı yaranan problem digər ölkələrə tranzit trafikinə təsir etməyib. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov deyib. O, bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin nəqli ilə bağlı heç bir problem yaranmayıb: “İnternetlə bağlı problem Azərbaycanın birinci provayderinin texniki mərkəzində avadanlığın yanması səbəbindən yaranıb. Lakin Gürcüstan, İran və Yaxın Şərqə gedən internet kanalları tam gücü ilə işləyirdilər və ona görə də, Azərbaycandan keçən tranzit trafiki ilə bağlı problem yaranmayıb”-, deyə İ.Məmmədov vurğulayıb.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu deyir:

“Baş verən hadisə göstərir ki, indiyədək bu istiqamətdə atılan addımlar yetərli deyilmiş. İnternet elə bir sahədir ki, o alternativləri sevir. Baş verən hadisə göstərdi ki, Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində alternativlərlə bağlı müəyyən problemlər var. Baxmayaraq ki, dünyadan bizə gələn magistral xətlərdə alternativlik var. Yəni Azərbaycan bir neçə ölkə üzərindən bir neçə kanallardan internet daxil olur. Amma, görünür ki, ölkənin daxilində internetin paylanması ilə bağlı problemlər var. Ona görə biz hesab edirik ki, bu cür situasiyalara hazır olmaq üçün ölkənin informasiya infrastrukturu daha çox alternativlər üzərində, daha çox alternativə söykənən informasiya infrastrukturu qurulması daha düzgün olardı”.

Qeyd edək ki, noyabrın 16-da internetdə yaranan problem həmin gün gecə saat 23:30- da tamamilə aradan qaldırılıb.

Xəbər lenti
0