Ərdoğan Davudoğluna tapşırıq verdi

© Murat Cetinmuhurdar/Presidential Press Service, Pool via APƏhməd Davudoğlu və Rəcəb Tayyib Ərdoğan
Əhməd Davudoğlu və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 64-cü hökuməti qurmaq üçün Davudoğluna tapşırıq verib.

BAKI, 18 noy – Sputnik. Türkiyə Böyük Millət Məclisindəki andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, iqamətgahında baş nazir Əhməd Davudoğlunu qəbul edib.

Ərdoğan 64-cü hökuməti qurmaq üçün Davudoğluna tapşırıq verib.

Davudoğlunun hökumətqurma tapşırığını qəbul etdikdən sonra yeni yaradacağı hökumətin üzvlərini prezidentin təsdiqinə təqdim etməsi üçün 45 gün müddəti var.

Lakin yerli mətbuata görə, Davudoğlu bu gün yeni Nazirlər Kabinetini açıqlayacaq.

Dövlət başçısı Ərdoğan hökuməti təsdiq etdikdən sonra Nazirlər Kabinetinin proqramı ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti
0