BAKI, 18 noy – Sputnik. ABŞ — Fransa reysi ilə uçan Air France-a aid iki təyyarə terror təhdidi səbəbilə məcburi eniş edib.
Göyərtədə bomba olduğu barədə xəbərdarlıq alan Los Anceles — Paris reysi ilə uçan təyyarə ABŞ-ın Yuta ştatına, Paris-Vaşinqton reysi ilə uçan digər bir təyyarə isə Kanadanın Halifaks bölgəsinə eniş edib.
Polis hazırda hər iki təyyarədə axtarış həyata keçirir.