SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə XİN: Suriyaya quru əməliyyatı ola bilər

© Hurriyet.com.trГлава МИД Турции Феридун Синирлиоглу
Глава МИД Турции Феридун Синирлиоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər naziri Firudin Siniroğlu mətbuat konfransında, İŞİD-ə qarşı koalisiya qüvvələri ilə birgə quru əməliyyatları sualına cavab verib.

BAKI, 17 noy – Sputnik. Türkiyənin Xarici İşlər naziri Firudin Sinirlioğlu Suriyaya hərbi müdaxilə planlarının olmadığını deyib. 

Siniroğlu mətbuat konfransında, İŞİD-ə qarşı koalisiya qüvvələri ilə birgə quru əməliyyatları sualına cavab verib: “Quru əməliyyatı ola bilər, ancaq Türkiyənin Suriyaya girmək kimi bir planı yoxdur” 

Bundan başqa nazir, jurnalistlərə açıqlamasında Suriyada siyasi keçid prosesinin vaxtını da açıqlayıb. 

“Altı aylıq müddət yanvarın 1-də başlamalı və 6 ayın tamamında hökümət qurulmalıdır. Qurulacaq yeni hökümət Cenevrə razılaşmasında nəzərdə tutulan işlərin səlahiyyətlərini təslim alacaq. Daha sonra hökümətin verəcəyi qərardan asılı olaraq 18 və ya 24 aylıq dövr başlanacaq. Bu müddətdə yeni qanunvericilik hazırlanacaq və bununla da seçkilərə gediləcək. Bəşər Əsədin siyasi gələcəyinə isə 6 aylıq keçid müddətində qərar veriləcək. Lakin Əsədin seçkilərdə namizəd olması kimi mövzu gündəmdə yoxdur”, deyə Sinirlioğlu bildirib.

Xəbər lenti
0