BAKI, 17 noy — Sputnik. Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
Sputnik Fransanın İnter radiosuna istinadən xəbər verir ki, bu barədə Fransa baş naziri Manuel Vals məlumat verib.
Onun sözlərinə görə, görüşlər növbəti həftə reallaşacaq: “Növbəti həftə Fransa prezidenti Fransua Olland Putin və Obama ilə görüşmək üçün Moskva və Vaşinqtona səfər edəcək.”
Keçiriləcək görüşlərdə əsas müzakirə predmeti terrorizmə qarşı birgə mübarizə məsələsi olacaq.
RF prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinlə Olland arasında görüşün olacağını təsdiqləyib. O deyib ki, görüşün dəqiqi tarixi yaxın günlərdə bəlli olacaq.