BAKI, 17 noy — Sputnik. Bu gün saat 16:00 radələrində Azərbaycanda internetlə təchizatda yenidən problem yaranıb.
Saat 16:00-dan etibarən təxminən 20 dəqiqə ərzində internetə giriş mümkün olmayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə fakti təsdiqləyiblər. Nazirlidən bildirilib ki, internetlə təchizatda problem noyabrın 16-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan son tamamlama işləri ilə bağlıdır: “İnternetlə təchizatda fasilə 5-10 dəqiqəlikdir. Fasiləyə səbəb son tamamlama işləri və avadanlıqların yerinin dəyişməsi ilə əlaqədardır”.