BAKI, 17 noy – Sputnik. İŞİD terror qruplaşması ad dəyişdirdiyini açıqlayıb. Bu barədə Türkiyənin Milliyet qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, təşkilat bundan sonra al-Dawlat adlanacaq.
"Terror təşkilatının rəhbəri əl-Bağdadi İŞİD-in (İraq Şam İslam dövləti) adını dəyişdirərək dünyaya mesaj vermək istəyir. Onlara görə dünyada tək bir dövlət var, o da al-Dawlat-dir” deyə qəzetin məlumatında qeyd olunur.
Qəzetin iddiasına görə, İŞİD bu mərhələdən sonra bütün müsəlman ölkələrinin, əmirliklərin al-Dawlat-a qatılmasına çalışacaq.