CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadan Azərbaycana uçan aviaşirkətlərə xəbərdarlıq

© Sputnik / Максим Блинов / Mediabanka keçidАэропорт "Шереметьево"
Аэропорт Шереметьево - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya aviaşirkətlərinə dünyanın 47 ölkəsinə uşuş həyata keçirərkən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyyə olunur.

BAKI, 17 noy — Sputnik. Rusiya öz aviaşirkətlərinə Azərbaycana uçuşlarda ehtiyatlı olmaq məsləhət görür.

Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya aviaşirkətlərinə dünyanın 47 ölkəsinə uşuş həyata keçirərkən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyyə olunur.

Tövsiyyələrdə adı çəkilən ölkələrə uçuşlar həyata keçirərkən yüksək səviyyəli təhlükəsizlik tədbrilərini görməklə yanaşı əlavə quru yemək və su ehtiyatı götürmək məsləhət görülür.

Rusiya aviaşirkətlərinə dünyanın bu ölkələrinə uçuşlarda ehtiyatlı olmağı məskləhət görür — Albaniya, Azərbaycan, Avstraliya, Almaniya, Əlcəzair, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, İraq, İran, Hindistan, Qazaxstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova,  Pakistan, Portuqalıya, Rumıniya, Fransa, Filippin, Türkiyə, Tunis, Özbəkistan, Uqanda, Səudiyyə Ərəbistanı və s.

Tövsiyyələrdə həmçinin ekipajın texniki heyətinə lazımi məqamda ünvanadək təhlükəsiz uçuşu təmin etmək tapşırılıb.

Tapşırığa əsasən bu ölkələrin hava limanlarında ehtiyac olmadan ləngimək məsləhət görülmür və yer xidmətinin müddəti maksimal dərəcədə azaldılmalıdır.

Heyət üzvləri sözügedən hava limanlarında təyyarələrə qulluq prosesinə nəzarət etməlidirlər.

Aviaşirkət rəhbərlərinə həmin dövlətlərin hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair müşavirə keçirmək tövsiyyə olunub.

Xəbər lenti
0