SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Razi Nurullayev: Heç kim evində rahat yatmasın. Çünki...

© sputnik.azRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Müsəlmanlar üçün Avropada dinc və normal həyat qurtarıb.

BAKI, 17 noy – Sputnik. Politoloq Raiz Nurullayev özünün facebook səhifəsində Parisdə törədilən terror o cümlədən bundan sonra ola biləcəklər haqda maraqlı yazı paylaşıb. Həmin yazını olduğu kimi təqdim edirik.

Fransada törədilən terror qətliamı təbii ki, Avropa Birliyində və Qərb dünyasında yaşayan müsəlmanların gündəlik həyatına ciddi təsir edəcək və islamafobiyanı pik həddə çatdıracaq. Artıq əminliklə demək olar ki, hər bir müsəlman, bundan sonra potensial kamikadze kimi nəzərdən keçiriləcək. Necə ki, heyvanların personaj olduğu məşhur “Madaqaskar” filmində uzun müddət ac qalan şir Aleks hər bir canlını və hətta dostlarını belə qızarmış toyuq qrili kimi görürdü.

Avropada hər bir müsəlman hava limanlarında, dəmiryolu stansiyalarında, gəmilərdə, teatr və müxtəlif kütləvi yerlərdə canlı bomba kimi nəzərdən keçiriləcəklər. Kübar və dinc müsəlmanların da normal həyat düzəni dəyişəcək. Müsəlmanlar üçün Avropada dinc və normal həyat qurtarmışdır.

Bu hadisə həm də Avropa Birliyi tərəfindən miqrasiya qanunlarının sərtləşməsinə gətirib çıxaracaq. Əlavə olaraq, Şengen viza sistemi də çökə bilər. Zənnimcə, bir sıra ölkələr Şengen viza sistemindən çıxdıqlarını bəyan edə bilərlər.

Problemin kökləri isə dərindir. Sərhədləri bağlamaq, qanunları dəyişdirmək və İslamafobiyanı artırmaq çıxış yolu deyil. Fransada baş verən qətliam Suriyada, İraqda və Əfqanıstanda hər gün baş verir. Artıq bu ölkələr cəhənnəmə dönüblər. Bu cəhənnəm səngimədikcə digər ölkələr də sülh içində yaşaya bilməzlər.

Sülh və dinc yaşamanın yolu Suriya, İraq və Əfqanıstana da sülh gətirməkdir. Bu olmadıqca, heç kim evində rahat yatmasın. 

Xəbər lenti
0