BAKI, 17 noy — Sputnik. Bu gün Naxçıvan şəhərində V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
APA-nın məlumatına görə, sessiya saat 11:00-da başlayıb. Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri seçilib.
Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib.