BAKI, 17 noy – Sputnik. Fransada bir nəfər türk vətəndaşı güllələnib. Hadisəni törədən şəxs daha sonra intihar edib.
Polisin məlumatına görə, atəşi açan şəxsin istifadə etdiyi odlu silahın üzərində Fransa bayrağının rəngləri olub.
Hazırda vəziyyəti orta ağır olan türk, xəstəxanada əməliyyata alınıb.