SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat: Baş verənlər MTN ətrafındakı hadisələrlə əlaqəli ola bilər

© Sputnik / Talib BarkhudayevZahid Oruc
Zahid Oruc - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 16-da respublika ərazisində internet sistemində problemlərin yaşanması ölkə iqtisadiyyatına zərbə vurmaqla yanaşı ciddi ajiotaja səbəb oldu. Bunu fikri millət vəkili Zahid Oruc Sputnik-ə açıqlamasında bildirib.

BAKI, 17 noy — Sputnik. Noyabrın 16-da respublika ərazisində internet sistemində problemlərin yaşanması ölkə iqtisadiyyatına zərbə vurmaqla yanaşı ciddi ajiotaja səbəb oldu. Bu fikri millət vəkili Zahid Oruc Sputnik-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu hadisə bir daha ölkədə internet sisteminin etibarlı təminatının olmadığı problemini ortaya qoymuş oldu: “Çünki dünən baş verən hadisə təkcə vətəndaşın kiminləsə yazışmasında problem kimi başa düşülməməlidir. Müasir dünyamızda bütün hökumət və dövlət strukturları, həmçini digər qurumlar və özəl sektor öz fəaliyyətininin müəyyən bir qismini məhz internet vasitəsi ilə həyata keçirir. Elə bunun nəticəsindıə dünən bank və digər sektorların fəaliyyəti iflic oldu. Baş vermiş hadisə hökuməti ciddi düşündürməli və bundan nəticə çıxarıb etibarlı alternativ informasiya təminatı mexanizmi yaratmalıdır.”

Millət vəkili hesab edir ki, internet sistemini hansısa bir qurumun monopoliyasından çıxarılmasına ehtiyac var.

“Ölkənin etibarlı informasiya məkanını təmin etmək üçün alternativ yollar aramalıdır. Rəqabət mühiti formalaşdırılmalıdır. Bunun üçün hökumət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi parlamentlə birgə bu sahədə qanunvericiliyi təkmilləşdirmək və islahatlar aparmaq üçün birgə addımlar atmalıdır”, — deyə millət vəkili əlavə etdi.

Millət vəkili noyabrın 16-da internet sistemində baş verən hadisələrin Milli Təhlükəsizilik Nazirliyi ətrafında baş verən proseslərlə sinxron olduğunu da istisna etmədi: “Ola bilsin ki, bununla kimlərsə bu sistemdə qorunub saxlanan hansısa izlərin itirilməsinə çalışıb. Müxtəlif versiyalar ola bilər. Amma bunu demək çox çətindir.”

Millət vəkili əlavə etdi ki, baş verən hadisələr ölkənin imicinə zərbə vurmasa da, informasiya təhlükəsizliyində problemin olduğunu ortaya qoydu: “Çünki bu gün elə bir dövlət strukturu yoxdur ki, o qurumun fəaliyyəti elektron idarəetmə sistemi ilə əlaqəli olmasın, elə sahələr var ki, internet olmadıqda fəaliyyəti tamamilə iflic olur. Məsələn, bank sektoru. Məhz alternativ informasiya məkanının olmaması nəinki təhlükəsizliyə, eyni zamanda iqtisadiyyata da öz mənfi təsirini göstərmiş olur. Ona görə də hökumət bu məsələ üzərində ciddi düşünməlidir.”

Xəbər lenti
0