BAKI, 17 noy – Sputnik. Dünən axşam keçirilən sonuncu toplantı ilə birlikdə, G20 Antalya zirvəsi başa çatıb. Dünyanın ən güclü iyirmi iqtisadiyyatına sahib dövlət başçıları 2 gün ərzində bir çox məsələləri müzakirə etdilər.
Zirvənin ən önəmli gündəm mövzusu isə heç şübhəsiz terrorla mübarizə oldu.
Qapanış mərasimində çıxış edən, ev sahibi Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, terrorun dini, milliyyəti, irqi və bölgəsi olmadığını vurğulayıb.
“Terrorizmi hər hansı bir dinlə əlaqələndirmək insanlara qarşı təhqir və hörmətsizlikdir. Bütün dinlər üçün həyat haqqı müqəddəsdir”, deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti, Antalya G 20 sammitinin ən əhəmiyyətli yönünün, bütün ölkələrin terrorla mübarizə məsələsində güclü iradə ortaya qoyduğunu deyib.
Çıxışının sonunda Ərdoğan, öz xalqını öldürməyə davam edən Bəşər Əsədin Suriyanın gələcəyində yeri olmadığını söyləyib.
Parisdəki terror hadisəsi ilə qaçqınlar arasında əlaqə qurulmasını, insanlıq məsuliyyətindən qaçış olaraq gördüklərini deyən prezident, bu iki problemi bir-biri ilə qarışdırmaq olmaz deyə əlavə edib.