BAKI, 17 noy — Sputnik. Noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gəliblər.
Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.