BAKI, 16 noy — Sputnik. Fransanın Azərbaycandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bunu Trend-ə Bakıdakı diplomatik nümayəndəliyin mətbuat xidmətindən deyiblər.
Qeyd olunub ki, Parisdəki terror aktları ilə əlaqədar xaricdəki Fransa səfirlikləri, məktəbləri və mədəniyyət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilir.
Fransanın Azərbaycandakı səfirliyinin binasında bayraqlar aşağı salınıb.