Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan ərazisində internet bərpa olunmağa başlayıb

Abunə olmaq
Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə kəsilmiş internet artıq tədricən bərpa olunmağa başlayıb.

BAKI, 16 noy — Sputnik. Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə kəsilmiş internet artıq tədricən bərpa olunmağa başlayıb.

Xatırladaq ki, “Delta Telecom” hadisəni texniki problemlərlə izah edirdi: "Problem onunla əlaqədardır ki, DATA-mərkəzə qoşulan kabellər işləməyib. Hazırda problemləri aradan qaldırırıq".

İnternetin kəsilməsi ölkənin elektron ödəniş sisteminin işində də problemlər yaratmışdı.

ANS telekanalının məlumatına görə, "Delta Telecom"da kabellərdən birində tüstülənmə baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunublar. Həmçinin çoxlu sayda yüksək rütbəli məmur da hadisə yerinə gəlib. 

"ANS" telekanalına açıqlama verən İT eksperti və uzun müddət "Delta Telecom"da çalışmış Cahid İsmayıloğlu hadisənin təxribat ola biləcəyini istisna etməyib. Onun fikrincə, texniki qəza ölkə ərazisində bütün interneti bu qədər uzun müddətə kəsə bilməzdi.

Xəbər lenti
0